Biləsuvarda şəhid əsgər dəfn edilib

Biləsuvarda şəhid əsgər dəfn edilib Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əlizadə Nəriman Nurəhməd oğlunun nəşi doğulduğu Biləsuvar şəhərinə gətirilib.
Qarabağ
29 Noyabr , 2020 16:11
Biləsuvarda şəhid əsgər dəfn edilib

Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid Əlizadə Nəriman Nurəhməd oğlunun nəşi doğulduğu Biləsuvar şəhərinə gətirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, 44 günlük Vətən Müharibəsində şəhid olan N.Əlizadə ilə yaşadığı evində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, digər rəsmi şəxslər, eləcə də rayonun ictimaiyyət nümayəndələri və sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimindən sonra könüllü olaraq əsgər gedən şəhidin şücaətindən söz açılıb, onun düşmənə qarşı göstərdiyi qəhrəmanlığı haqqında məlumat verilib. Qeyd olunub ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar məhz Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti nəticəsində azad olunub.

Həmçinin bildirilib ki, şəhid N.Əlizadənin və ümumiyyətlə, İkinci Qarabağ Müharibəsində şəhid olan hərbçilərimizin qanı yerdə qalmayıb və Azərbaycan Ordusu şəhid hərbçilərimizin qisasını elə döyüş meydanında alıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi