Beynəlxalq səyahətçilər Qarabağda infrastrukturun bərpası ilə tanış olacaqlar

Beynəlxalq səyahətçilər Qarabağda infrastrukturun bərpası ilə tanış olacaqlar Ermənilərin işğal edilmiş ərazilərdə törətdikləri və vandallığı ilə əyani şəkildə tanış olması üçün dünyaca tanınmış turist qruplarının nümayəndələri bu gün Qarabağa səfər ediblər.
Qarabağ
27 Sentyabr , 2021 09:35
Beynəlxalq səyahətçilər Qarabağda infrastrukturun bərpası ilə tanış olacaqlar

Ermənilərin işğal edilmiş ərazilərdə törətdikləri və vandallığı ilə əyani şəkildə tanış olmaq məqsədilə tanınmış turist qruplarının nümayəndələri bu gün Qarabağa səfər ediblər.

“Report” xəbər verir ki, bunu jurnalistlərə azərbaycanlı səyahətçi Mehrac Mahmudov bildirib.

O, səyahətçilərin həmçinin azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı aparılan işlərlə tanış olacaqlarını bildirib.

Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Dünyada tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar. Füzuli Hava Limanından sonra onlar Ağdama və Şuşaya səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi