Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndələri bu yaxınlarda təmas xəttini keçən milliyətcə erməni olan şəxsə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “Report”a açıqlamasında deyib ki, başçəkmə Beynəlxalq Qızıl Xaç Komitəsinin standart prosedurlarına uyğun həyata keçirilib: "Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə baş çəkir ki, onlarla rəftarı, onların saxlanılması şəraitini monitorinq etsin və həmin şəxslərin ailə əlaqə yaratmalarına imkan yaratsın".
Qeyd edək ki, Azərbaycan