​Beynəlxalq Memarlar İttifaqı Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrinin məhv edilməsindən narahatdır

​Beynəlxalq Memarlar İttifaqı Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrinin məhv edilməsindən narahatdır Bununla bağlı xüsusi konfransın keçirilməsi təklif olunur
Qarabağ
14 Oktyabr , 2015 18:53
​Beynəlxalq Memarlar İttifaqı Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrinin məhv edilməsindən narahatdır

Bakı. 14 oktyabr. REPORT.AZ/ II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qaliblərini müəyyən etmək üçün Bakıda toplantı keçirən Beynəlxalq Memarlar İttifaqının (UIA) münsiflər heyəti regional münaqişələr zamanı böyük tarixi, mədəni, etnik və dini əhəmiyyət kəsb edən binaların və obyektlərin qəsdən məhv edilməsilə əlaqədar dərin narahatlığını ifadə edib. 

"Report" xəbər verir ki, münsiflər heyəti son zamanlar Suriyada, Əfqanıstanda, Livanda, Azərbaycanın Dağlıq Qarabağ ərazisində, Malidə, Cibutidə və digər yerlərdə baş verən hadisələri qeyd edir. Həmin ərazilərdə böyük humanitar dəyər kəsb edən incəsənət əsərləri, ikonlar, binalar və obyektlər, münaqişələr zamanı müəyyən hədəflər kimi qəsdən və yaxud bilmədən vurulan zərər nəticəsində məhv edilib. Münsiflər heyəti dünyanın partiyalarını və hökumətlərini münaqişələrin sülh yolu ilə həll edilməsinə və dini, bədii, mədəni və etnik əsərlərin və rəmzlərin qəsdən məhv olunmasının qarşısının alınmasına və buna yolverilməməsinə çağırır. Münsiflər heyəti bütün dünya memarlarına xitabən ilk fürsətdə bu məsələlərlə bağlı xüsusi konfransın keçirilməsi təklifini irəli sürür.

Qeyd edək ki, Beynəlxalq Memarlar İttifaqının (UIA) münsiflər heyətinə qurumun baş katibi Thomas Vonier (ABŞ), Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə (Azərbaycan), Beynəlxalq Memarlar İttifaqının sabiq baş katibi Michel Barmaki (Livan), Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Sgoutas (Yunanıstan) və Beynəlxalq Memarlar İttifaqının vitse-prezidenti Hayder Ali (Sudan) daxildir. 

Son xəbərlər

Orphus sistemi