Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Şuşanın görməli yerləri ilə tanış olublar

Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Şuşanın görməli yerləri ilə tanış olublar Şuşada keçirilən konfransa toplaşan dünyanın bir sıra ölkələrinin aparıcı beyin mərkəzlərinin nümayəndələri şəhərin görməli yerləri ilə tanış olublar.
Qarabağ
28 Aprel , 2022 18:40
Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Şuşanın görməli yerləri ilə tanış olublar

Şuşada keçirilən konfransa toplaşan dünyanın bir sıra ölkələrinin aparıcı beyin mərkəzlərinin nümayəndələri şəhərin görməli yerləri ilə tanış olublar.

“Report” xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Rumıniya, Türkiyə, Gürcüstan və bir sıra digər ölkələrin aparıcı mütəxəssisləri Şuşa şəhərinin mərkəzi meydanına gələrək qala divarlarına baxış keçirib, Cıdır düzündə gəzintiyə çıxıblar.

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov onlara Şuşa qalasının yaranma tarixindən danışıb.

Qeyd edək ki, nümayəndə heyəti “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” Beyin Mərkəzlərinin Beynəlxalq Konfransında iştirak etmək üçün bu gün Şuşaya gəlib.

Son xəbərlər

Orphus sistemi