Beyləqanda şəhidlərin xatirəsinə abidə ucaldılıb - VİDEO

Beyləqanda şəhidlərin xatirəsinə abidə ucaldılıb - VİDEO Beyləqan şəhərində Qarabağ müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib.
Qarabağ
24 İyun , 2021 16:24
Beyləqanda şəhidlərin xatirəsinə abidə ucaldılıb - VİDEO
0 : 00
0 : 00

Beyləqan şəhərində Qarabağ müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, şəhərin iki küçəsində şəhidlərin adına abidə ucaldılıb.

Abidə kompleksi şəhidlərin böyüdüyü şəhid Akif Əkbərov və şəhid Elxan Əliyev küçələrinin kəsişməsində, Beyləqan şəhər 2 saylı məktəbin yaxınlığında ucaldılıb. Kompleksdə Birinci Qarabağ və Vətən müharibəsi zamanı məktəbin məzunu olmuş 18 nəfər şəhidin rəsmləri vurulub.

Ətrafına Azərbaycan, Türkiyə və Pakistan bayraqları asılan abidə müasir işıqlandırma sistemləri ilə təhciz edilib. Şəhidlər və Vətən müharibəsi, şəhidlər haqqında daimi məlumatların verilməsi üçün elektron lövhə qurulub. Abidənin açılışında şəhidlərin ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin hərbi hissədən heyət iştirak edib.

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı Beyləqan 137 şəhid verib.

Son xəbərlər

Orphus sistemi