Bağrat Asatryan: "Ermənistan hələ 2018-ci ildə Azərbaycanla barışmalıydı"

Bağrat Asatryan: "Ermənistan hələ 2018-ci ildə Azərbaycanla barışmalıydı" “Nikol Paşinyana qarşı yeganə, amma böyük iradım var. İki, iki yarım il bundan əvvəl legitim yolla hakimiyyətə gələrək xalqın böyük etimadına arxalanaraq hələ o vaxt dərhal sülh sazişi imzalamalıydı".
Qarabağ
30 Noyabr , 2020 15:07
Bağrat Asatryan: Ermənistan hələ 2018-ci ildə Azərbaycanla barışmalıydı
Bağrat Asatryan

“Nikol Paşinyana qarşı yeganə, amma böyük iradım var. İki - iki il yarım bundan əvvəl legitim yolla hakimiyyətə gələndə xalqın böyük etimadına arxalanaraq hələ o vaxt dərhal sülh sazişi imzalamalıydı. Onda bu müharibə də olmazdı”.

“Report” xəbər verir ki, bu fikirləri Rusiyanın “Vestnik Kavkaza” nəşrinə verdiyi açıqlamasında Ermənistan Mərkəzi Bankının sabiq sədri Bağrat Asatryan deyib.

Onun fikrincə, ötən əsrin 90-cı illərində Ermənistanı Levon Ter-Petrosyanla birgə qurmuş çoxları eyni qənaətdədir.

“Birinci müharibədən sonra atəşkəs imzaladıqdan sonra Azərbaycanla sülh istəyən o nəslin nümayəndələrindənəm. O vaxt bizim tələblərimiz məlum siyasi qüvvələr tərəfindən rədd edilmişdi”, -iqtisadçı bildirib.

O, Robert Köçəryanın başçılıq etdiyi Qarabağ qrupunun Ermənistanda sülh istəyən siyasətçilərə divan tutduğunu, 1999-cu ilin 27 oktyabr tarixində baş nazir Vazgen Sərkisyanı, parlament sədri Karen Dəmirçiyanı cismani məhv etdiyini xatırladıb.

“Nikol Paşinyanın isə bu gün verdiyi açıqlamalara, kimlərləsə razılaşması, kimlərləsə razılığa gələ bilməməsinə gəlincə, bu xırda didişmələr mənə o qədər də maraqlı gəlmir. Mən bilən, hakimiyyətlə parlamentdən kənardakı qüvvələr arasında görüşlər doğrudan da olub, o görüşlərdə döyüş meydanlarında həqiqətən nələrin baş verdiyi barədə söhbət gedib. Bunu siyasətçilər bilirdi. Beləcə işlər indiki nəticəyə gətirib çıxardı”, – B.Asatrian fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi