AŞPA prezidenti: "Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr mühümdür"

AŞPA prezidenti: "Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr mühümdür" "Nümayəndə heyətləri arasında parlament səviyyəsində əlaqələr Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacibdir"
Qarabağ
29 Sentyabr , 2014 16:10
AŞPA prezidenti: Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr mühümdür
Bakı. 29 sentyabr. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyası (AŞPA) çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında parlament səviyyəsində əlaqələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir". "Report" xəbər verir ki, bu barədə bu gün Strasburqda keçirdiyi mətbuat konfransında AŞPA-nın sədri Ann Brasser bildirib.

Jurnalistlərdən birinin sualına cavab verərkən isə A.Brasser qeyd edib ki, o, idarə etdiyi strukturun rolunu buraya daxil olan bütün ölkələrin nümayəndə heyətləri ilə əlaqələrin davam etdirilməsində görür. Xanım Brasser xatırladıb ki, ötən həftə cari ilin ilk yarısında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycana səfər edib. Onun yaxın müddətdə Erməsnistana da səfər edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi