Azərbaycanın üçüncü ölkəyə təhvil verdiyi erməni hərbi əsir Yerevana qayıdıb

Azərbaycanın üçüncü ölkəyə təhvil verdiyi erməni hərbi əsir Yerevana qayıdıb Akop İnciqulyan Ermənistan Silahlı Qüvvələrində xidmətini davam etdirmək niyyətini bildirib
Qarabağ
2 Oktyabr , 2014 12:04
Azərbaycanın üçüncü ölkəyə təhvil verdiyi erməni hərbi əsir Yerevana qayıdıb
Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən erməni hərbi əsir Akop İnciqulyan oktyabr ayının 1-dən 2-nə keçən gecə Yerevana qayıdıb.

"Report" "ArmToday"ə istinadən xəbər verir ki, A.İnciqulyan Ermənistan paytaxtına Moskvadan tranzit reysi ilə gəlib. Hava limanında onu qohumları və KİV nümayəndələri qarşılayıb. 

Gələcək planları haqqında danışan İnciqulyan bildirib ki, Ermənistan Silahlı Qüvvələrində xidmətini davam etdirmək və hərbi xidmətin qalan 9 ayını başa vurmaq niyyətindədir. O qeyd edib ki, səhhətində heç bir problem yoxdur, özünü yaxşı hiss edir. 

Xatırladaq ki, 1991-ci il təvəllüdlü  Akop İnciqulyan 2013-cü il avqustun 7-dən 8-nə keçən gecə Ağdam rayonunda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib. Bu ilin sentyabr ayında İnciqulyan üçüncü ölkəyə təhvil verilib və Rumıniyada qaçqınlar düşərgəsində qalıb. 

Son xəbərlər

Orphus sistemi