​Azərbaycan Kəlbəcərdə öldürülmüş Həsən Həsənovun nəşini Ermənistandan alıb

​Azərbaycan Kəlbəcərdə öldürülmüş Həsən Həsənovun nəşini Ermənistandan alıb Proses insidentsiz başa çatıb
Qarabağ
2 Oktyabr , 2014 13:30
​Azərbaycan Kəlbəcərdə öldürülmüş Həsən Həsənovun nəşini Ermənistandan alıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçiləri tərəfindən 2014-cü il iyulun 11-də qətlə yetirilmiş Azərbaycan vətəndaşı 1978-ci il təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi bu gün qarşı tərəfdən alınıb.

“Report”un Komissiyaya istinadən verdiyi xəbə görə, nəşin geri alınması Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində baş tutub.

Komissiyadan bildirilib ki, insidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi