Alban-Udi xristian icmasının üzvləri Hadruta səfər ediblər

Alban-Udi xristian icmasının üzvləri Hadruta səfər ediblər Azərbaycanın xristian vətəndaşları Xocavəndin Hadrut qəsəbəsinə səfər ediblər.
Qarabağ
27 Aprel , 2022 13:05
Alban-Udi xristian icmasının üzvləri Hadruta səfər ediblər

Azərbaycanın xristian vətəndaşları Xocavəndin Hadrut qəsəbəsinə səfər ediblər.

"Report"un Qarabağ bürosu xəbər verir ki, səfər Pasxa münasibəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Alban-Udi xristian icmasının üzvləri əvvəlcə Xocavənd rayonunun, Hadrut qəsəbəsinin Çinarlı kəndində yerləş Ağxaç kilsəsini ziyarət ediblər.

İcma üzvləri kilsədə dini ayinlərini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Alban-Udi xristian dini icmasının üzvləri gün ərzində Xocavənd rayonunun Tuğ və Hadrut qəsəbəsi ərazisində yerləşən digər kilsələri ziyarət edəcəklər.

Son xəbərlər

Orphus sistemi