Azərbaycanın şəhid olan əsgəri Neftçalada dəfn ediləcək

Azərbaycanın şəhid olan əsgəri Neftçalada dəfn ediləcək İbrahim Mənəfov ali təhsilli olub
Qarabağ
1274
19 Yanvar , 2018 16:57
Azərbaycanın şəhid olan əsgəri Neftçalada dəfn ediləcək
Report

Neftçala. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək.

"Report"un Aran bürosunun məlumatına görə, dəfn mərasimi rayonun Bankə qəsəbəsində keçiriləcək. 

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci ildə bu qəsəbədə doğulub.

İ.Mənəfov ali təhsilli olub. O,  2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib. 

Son xəbərlər

Orphus sistemi