Meyiti neytral ərazidən tapılan Azərbaycan hərbçisi dəfn olunub - FOTO

Meyiti neytral ərazidən tapılan Azərbaycan hərbçisi dəfn olunub - FOTO Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi keçirilib.
Qarabağ
22 Fevral , 2020 14:00
Meyiti neytral ərazidən tapılan Azərbaycan hərbçisi dəfn olunub - FOTO

Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi keçirilib. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, onu nəşi Ağcəbədi rayonunun mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya-başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədinin Şəhidlər xiyabanında dəfn edilib. 

Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi