Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan hərbçisi öz yoldaşı tərəfindən öldürülüb

Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan hərbçisi öz yoldaşı tərəfindən öldürülüb Araik Sarkisyanı öldürən əsgər həbs edilib
Qarabağ
23 Yanvar , 2017 17:51
Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan hərbçisi öz yoldaşı tərəfindən öldürülüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Araik İqoreviç Sarkisyan öz əsgər yoldaşı tərəfindən öldürülüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, bu il yanvarın 16-da çavuş Araik Sarkisyan öz əsgər yoldaşının avtomat silahdan düzgün istifadə edə bilməməsi səbəbindən qarın boşluğundan ağır yaralanıb. O, aldığı yaradan ölüb.

Araik Sarkisyanı öldürən əsgər həbs edilib. 

Son xəbərlər

Orphus sistemi