Azərbaycanın hərbi qulluqçusu düşmən təxribatı nəticəsində yaralanıb

Azərbaycanın hərbi qulluqçusu düşmən təxribatı nəticəsində yaralanıb Müdafiə Nazirliyi: Düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək
Qarabağ
1 Fevral , 2017 18:29
Azərbaycanın hərbi qulluqçusu düşmən təxribatı nəticəsində yaralanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Ermənistan silahlı bölmələri fevralın 1-də avtomatik silahlardan və qumbaraatanlardan istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub.

"Report" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.

Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti sabitdir, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.

Son xəbərlər

Orphus sistemi