Azərbaycanın "arzuolunmaz şəxslər" siyahısına daxil etdiyi rusiyalı iş adamı Qarabağdan Moskvaya qayıdır

Azərbaycanın "arzuolunmaz şəxslər" siyahısına daxil etdiyi rusiyalı iş adamı Qarabağdan Moskvaya qayıdır O, Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhərində keçirdiyi mətbuat konfransında təyyarə biletini göstərib
Qarabağ
13 İyul , 2015 16:37
Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil etdiyi rusiyalı iş adamı Qarabağdan Moskvaya qayıdır

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil etdiyi German Sterliqov iyulun 16-da Qarabağdan Moskvaya qayıdacaq.

"Report" xəbər verir ki, bu haqda "Russkaya slujba novestey" məlumat yayıb.

Xəbərə görə, o, Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhərində iyulun 13-də keçirdiyi mətbuat konfransında təyyarə biletini göstərib. 

Xatırladaq ki, German Sterliqov təxminən bir ay öncə həyat yoldaşı Alyona və beş uşağı ilə birlikdə Rusiyadan Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa köçüb. O, qanunsuz şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edərək, "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının qanununu pozduğu üçün "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. 

Son xəbərlər

Orphus sistemi