Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi "Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçiril
Qarabağ
10184
28 İyul , 2020 17:05
Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi

"Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir".

"Report" xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. 

"Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir", - XİN rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi