Ceyhun Bayramov: "MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer olmamalıdır"

Ceyhun Bayramov: "MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer olmamalıdır" Nazir vurğulayıb ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer olmamalıdır
Qarabağ
2 Aprel , 2021 18:02
Ceyhun Bayramov: MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer olmamalıdır
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında "Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında" Qərarını xüsusilə vurğulayaraq Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırıb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qərarın qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirilib, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd olunub və bu xüsusda, Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirilib.

Nazir vurğulayıb ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer olmamalıdır.

Son xəbərlər

Orphus sistemi