Azərbaycan XİN: Ermənistanın mülki insanları, azyaşlı uşaqları hədəfə alması sistematik xarakter daşıyır

Azərbaycan XİN: Ermənistanın mülki insanları, azyaşlı uşaqları hədəfə alması sistematik xarakter daşıyır Bakı. 29 may. REPORT.AZ/ Mayın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı və onun sürücüsünü atıcı silahlardan atəşə tutmasını kəskin şəkildə pisləyir və Ermənistanın növbəti təxribatı kimi qiymətləndiririk.
Qarabağ
29 May , 2018 19:24
Azərbaycan XİN: Ermənistanın mülki insanları, azyaşlı uşaqları hədəfə alması sistematik xarakter daşıyır

Bakı. 29 may. REPORT.AZ/ "Mayın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı və onun sürücüsünü atıcı silahlardan atəşə tutmasını kəskin şəkildə pisləyir və Ermənistanın növbəti təxribatı kimi qiymətləndiririk".

"Report" xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Təyinatına, ölçülərinə və xarici görünüşünə görə əkin sahəsində fəaliyyət göstərən kombaynı ayrıd etmək çox asandır. Lakin aydın şəkildə görünür ki, Ermənistan silahlı qüvvələrinin məqsədi sözügüdən mülki obyektə qarşı hədəflənmiş hücum aktı olmuşdur.

Ermənistan tərəfindən qoşunların təmas xəttində təxribatlar törətmək məqsədilə qəsdən mülki insanların, o cümlədən azyaşlı uşaqların və mülki obyektlərin hədəfə alınması sistematik xarakter daşıyır.

Bu son hadisə də bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu davam etdirməsinə və Azərbaycanın ərazilərinin işğal altında saxlanmasına əsaslanan status-kvo qəbuledilməzdir və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır", - deyə XİN rəsmisi vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi