Azərbaycan XİN başçısı: "Vyanadakı görüş substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır"

Azərbaycan XİN başçısı: "Vyanadakı görüş substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır" "Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi nəticələr hasil edilməlidir"
Qarabağ
17 May , 2016 11:51
Azərbaycan XİN başçısı: Vyanadakı görüş substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır

Bakı. 17 may. REPORT.AZ/ "Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən Vyanada keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır".

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir", - deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi