Azərbaycan və Rusiya XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər

Azərbaycan və Rusiya XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumatı
Qarabağ
15 Noyabr , 2020 17:07
Azərbaycan və Rusiya XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər

Cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən "Report"a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi