Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı
"Report" xəbər verir ki, erməni nazir bunu "1in.am" saytı vasitəsi ilə yayımlanan onlayn mətbuat konfransı zamanı deyib.
"(ATƏT-in Minsk qrupunda - red.) üç həmsədr var. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, üçüncü həmsədr də var. Həqiqətənmi üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Həqiqətənmi biz buna hazırıq? Əlbəttə. Növbəti mərhələ olmalıdır axı", - deyə o bildirib.
Nazirin sözlərinə görə, amerikalı həmkarları öz dəvətlərini təsdiqləyən kimi, bu barədə konkret danışmaq olar.
"Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar", - deyə Mnatsakanyan əlavə edib.