Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yeri və vaxtı məlum olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yeri və vaxtı məlum olub Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşəcək
Qarabağ
16 Yanvar , 2018 11:52
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yeri və vaxtı məlum olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi