ATƏT Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirəcək

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirəcək Monitorinqi Azərbaycan tərəfindən Xristo Xristov, Saymon Tiller və Aleksandr Nepokrıtıx keçirəcəklər
Qarabağ
19 Oktyabr , 2016 09:37
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirəcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. 

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və YSPQ-in nümayəndəsi mayor Kristian Xirş keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi