Bakı. 19 dekabr. REPORT.AZ/ İsveçrə Konfederasiyasının Bern şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında görüş başlayıb.
“Report”un xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik bildirib.
Görüş keçiriləcək binada Azərbaycan və Ermənistan prezidentlərini İsveçrənin XİN başçısı Didye Burqhalter qarşılayıb.

