Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçilərinə cəbhədə yaradılan şəraitin fotolarını yayıb

Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçilərinə cəbhədə yaradılan şəraitin fotolarını yayıb Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün hər cür şərait yaradılıb
Qarabağ
11 May , 2016 13:08
Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçilərinə cəbhədə yaradılan şəraitin fotolarını yayıb

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində Azərbaycan və Ermənistanın öz əsgər və zabitləri üçün yaratdıqları şəraitə dair fotolar yayıb. 

"Report" xəbər verir ki, təqdim olunan foto materiallarda azad edilən ərazilərdə erməni əsgərlərinin 22 il ərzində "yaşayışı üçün" yaradılan şərait əks olunub. Tərifi "göylərə sığmayan Ermənistan ordusunun" necə acınacaqlı olduğunu bu fotolar açıq aydın göstərir.

Fərq müqayisədə daha aydın görünür. Amma təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməz dərəcədədir.

Digər fotolarda isə aprel ayının əvvəlində işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün hər cür şərait yaradılıb.

Ermənistan silahlı qüvvələrinin əsgər yataqxanaları:

Azərbaycan Silahlı Qüvvələrinin əsgər yataqxanaları:

Son xəbərlər

Orphus sistemi