Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirilib

Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirilib Monitorinq insidentsiz başa çatıb
Qarabağ
31 avqust 2017 10:03
Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirilib

Bakı. 31 avqust. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Martin Şuster keçiriblər. 

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Joviç keçiriblər. 

Son xəbərlər

Orphus sistemi