Azərbaycan şəhidlərinin xatirəsi Braziliyada anılıb

Azərbaycan şəhidlərinin xatirəsi Braziliyada anılıb Brazilyanın San-Paulu şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgərlərin xatirəsi yad edilib
Qarabağ
16 Noyabr , 2020 17:45
Azərbaycan şəhidlərinin xatirəsi Braziliyada anılıb

Brazilyanın San-Paulu şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgərlərin xatirəsi yad edilib.

Bu barədə “Report”a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

“Bununla bildiririk iki cari ilin 14 noyabr tarixində Braziliyanın 100 min erməni icmasının əsas hissəsinin yaşadığı San-Paulu şəhərindəki kilsələrin birində Azərbaycanın Braziliyadakı dostlarının təşəbbüsü və Səfirliyin dəstəyi ilə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda şəhid olan Azərbaycan əsgərləri və mülki əhalinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Anım mərasimi müddətində kilsənin keşişi Azərbaycan hərbçilərinin ölkələrinin suverenliyi uğrunda müharibədə göstərdiyi qəhrəmanlıq mübarizəsi və adi insanların erməni təcavüzü nəticəsində çəkdikləri əzablar haqqında məlumatları əks etdirən tədbirin təşəbbüskarlarının müraciətini oxudu. Bu təşəbbüsə görə, tədbir təşkilatçılarına minnətdarlıq əlaməti olaraq, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi kilsəyə xatirə çələngi göndərmişdir”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi