Azərbaycan səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə effektiv addımlar atmağın vaxtı çoxdan çatıb"

Azərbaycan səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə effektiv addımlar atmağın vaxtı çoxdan çatıb" "ATƏT-in Minsk qrupunun üçlü həmsədr institutu hələ də istənilən nəticəni gətirə bilmir"
Qarabağ
3 İyul , 2017 14:46
Azərbaycan səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə effektiv addımlar atmağın vaxtı çoxdan çatıb

Bakı. 3 iyul. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun üçlü həmsədr institutu hələ də istənilən sonu - Qarabağ münaqişəsinin hərbi nəticələrinin aradan qaldırılması və onun siyasi həlli prosesinin başlanmasını gətirə bilmir".

"Report" xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvünün daxil olduğu format özü-özlüyündə çox ciddi görünür. "Axı, məhz bu ölkələr böyük siyasi çəkiyə və əsrlər olmasa da, onilliklər ərzində milli diplomatiyaları tərəfindən işlənib hazırlanan müvafiq təcrübəyə malikdir. Məsələn, Rusiya Cənubi Qafqaz regionuna yalnız coğrafi cəhətdən yaxın deyil, həm də onunla sıx tarixi əlaqələrə malikdir".

Səfirin fikrincə, münaqişənin həlli üçün effektiv addımlar atmağın vaxtı çoxdan çatıb. "Azərbaycan torpaqlarının işğalını xarakterizə edən mövcud status-kvo qəbuledilməzdir. Bunu 2009-2013-cü illər ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri də hesabatlarında göstəriblər. Başqa sözlə, indi real nəticələr əldə olunmasını təmin etmək məqsədi ilə substantiv danışıqların davam etdirilməsi zəruridir. Bunun üçün siyasi iradə tələb olunur. Bir daha qeyd edirəm ki, danışıqlar predmet xarakteri daşımalıdır. Bu, prosesin yox, nəticənin vacib olduğu məsələlərdəndir".

Son xəbərlər

Orphus sistemi