Azərbaycan Prezidenti: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir”

Azərbaycan Prezidenti: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir” “Azərbaycan günü-gündən güclənir”
Qarabağ
10 Aprel , 2017 14:28
Azərbaycan Prezidenti: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir”
President.az

Bakı. 10 aprel. REPORT.AZ/ “Bu ilin I rübündə ölkədə iqtisadi inkişafın təmin olunub, sosial məsələlər həllini tapıb, ordu quruculuğu uğurla gedib”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il uğurlu il olacaq.

Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib. O ölkəmizin, təhlükəsizliyimizin təmin etmək məqsədi ilə tədbirlər görüldüyünü deyib.

Bu ilin ilk üç ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. Bu ilin ilk üç ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan ölkə başçısı bunu dövlətimizə olan hörmətin göstərəcisi kimi qiymətləndirib.

İlham Əliyev qeyd edib ki, bu ilin I rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi V Qlobal Bakı Forumu, ABŞ və Rusiya silahlı qüvvələrinin qərərgah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.

Bu ilin birinci rübündə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin diqqət mərkəzində oduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəciyini deyən Prezident bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir: “ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsiz Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunan ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq onların qeyri-konstruktiv, qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycan günü-gündən güclənir və bu məsələnin ədalətli həll olunacağına əminəm. Dağlıq Qarabağda keçirilən qondorma referendumu keçirməklə Ermənistan bir daha özünü biabır edib”. 

Son xəbərlər

Orphus sistemi