Azərbaycan Prezidenti: “Dağlıq Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır”

Azərbaycan Prezidenti: “Dağlıq Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır” “Əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq”
Qarabağ
1396
9 Noyabr , 2020 12:22
Azərbaycan Prezidenti: “Dağlıq Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır”
İlham Əliyev

“Əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.

“Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm”, - ölkə başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi