Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb

Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb C.Məmmədli doğulub boya-başa çatdığı İmişli rayonunda torpağa tapşırılacaq
Qarabağ
2960
13 Fevral , 2021 11:14
Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb
Məmmədli Cavidan

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.

“Report”un xəbərinə görə, əsgər Məmmədli Cavidan Valeh oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

C.Məmmədli doğulub boya-başa çatdığı İmişli rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, İmişli rayon sakini C.Məmmədli Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Oktyabrın əvvəlindən onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi