MN: Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutulması ilə bağlı məlumat dezinformasiyadır

MN: Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutulması ilə bağlı məlumat dezinformasiyadır Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.
Qarabağ
2246
29 Oktyabr , 2020 17:05
MN: Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutulması ilə bağlı məlumat dezinformasiyadır
0 : 00
0 : 00

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub.

Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi