Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 65 dəfə pozulub

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 65 dəfə pozulub Qarşı tərəf cavab atəşi ilə susdurulub
Qarabağ
19 Noyabr , 2014 09:18
Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 65 dəfə pozulub

Bakı. 19 noyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 65 dəfə pozulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi