Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun məhv edilməsinin görüntülərini yayıb - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun məhv edilməsinin görüntülərini yayıb - VİDEO Videoda düşmənin panika içində qaçması, ölən və yaralıların avtomobilə daşınması və s. öz əksini tapıb
Qarabağ
8 Fevral , 2017 19:13
Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun məhv edilməsinin görüntülərini yayıb - VİDEO

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun atəşlə məhv edilməsinin görüntülərini yayıb. 

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, videoda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.

Qeyd edək ki, fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib. 

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur: "Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib".

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir.

Son xəbərlər

Orphus sistemi