Zakir Həsənov Ermənistanın müdafiə nazirinə cavab verib: "David Tonayanın rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur"

Zakir Həsənov Ermənistanın müdafiə nazirinə cavab verib: "David Tonayanın rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur" “Çox şey danışmaq olar, amma dediyin sözün arxasında imkanın da olmalıdır. Mənim fikrimcə, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar. David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur”.
Qarabağ
4 Aprel , 2019 14:10
Zakir Həsənov Ermənistanın müdafiə nazirinə cavab verib: David Tonayanın rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur

“Çox şey danışmaq olar, amma dediyin sözün arxasında imkanın da olmalıdır. Mənim fikrimcə, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar. David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində Ermənistanın müdafiə naziri David Tonayanın bəyanatına münasibət bildirərkən deyib.

Z.Həsənov vurğulayıb ki, Azərbaycanın Ordusu da, isqtisadiyyatı da, nüfuzu da günü-gündən güclənir: “Bunlar hamısı faktdır. Ermənistanda nə baş verir? Ermənistanda mif çöküb və xalqı yenidən hansısa vasitə ilə ruhlandırmağa çalışırlar. İqtisadiyyatı inkişaf etdirmək istəyirlər, amma alınmır. Bütün dünya onlara deyir ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb Ermənistanda iqtisadi inkişaf olmayacaq. Ermənistan xalqı ölkədən qaçır, çünki ölkənin iqtisadiyyatı çöküb. Biz hər gün Ermənistanda nələr baş verdiyini televiziya vasitəsilə görürük. Xalq küçələrə çıxır. Mədəniyyət işçiləri, dəmiryolçular, əsgər anaları hər gün aksiya keçirirlər. Onlar Ermənistan rəhbərliyinə deyirlər ki, ölkəni pis vəziyyətə qoymusunuz. Bütün bunlara görə ölkə ictimaiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaq istəyirlər. Ona görə də belə fikirlər səsləndirirlər”.

Müdafiə naziri vurğulayıb ki, David Tonayanın bəyanatı fantaziyadır: “Ermənistanın müdafiə naziri David Tonayan Amerikaya niyə getmişdi? Pul dilənməyə getmişdi. Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər. Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistan Azərbaycana hücum edə bilməz. İndi ötən əsrin 90-cı illəri deyil. Mən bunu eşidəndə dedim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. Onda mən onunla Yerevanda görüşərdim. O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir”.

Son xəbərlər

Orphus sistemi