Azərbaycan MN: Ermənistanın “OSA” zenit-raket kompleksi vurulub, şəxsi heyəti məhv edilib - VİDEO

Azərbaycan MN: Ermənistanın “OSA” zenit-raket kompleksi vurulub, şəxsi heyəti məhv edilib - VİDEO Düşmən cəbhənin Füzuli-Xocavənd istiqamətində hava məkanını nəzarətə götürməyə cəhd göstərib
Qarabağ
15 May , 2017 19:49
Azərbaycan MN: Ermənistanın “OSA” zenit-raket kompleksi vurulub, şəxsi heyəti məhv edilib - VİDEO
Mod.gov.az

Bakı. 15 may. REPORT.AZ/ Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Məlumata görə, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

Son xəbərlər

Orphus sistemi