Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 73 dəfə pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 73 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
30 İyun , 2015 09:25
Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 73 dəfə pozub

Bakı. 30 iyun. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 73 dəfə pozub. "Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Sarıcalı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi