Azərbaycan minalar əleyhinə beynəlxalq hüququ dəstəkləmək üçün yeni sənəd hazırlayır

Azərbaycan minalar əleyhinə beynəlxalq hüququ dəstəkləmək üçün yeni sənəd hazırlayır "Biz minalardan, sursatlardan təmizlənmiş regiona qədəm qoymaq istəyirik"
Qarabağ
29 Aprel , 2021 15:57
Azərbaycan minalar əleyhinə beynəlxalq hüququ dəstəkləmək üçün yeni sənəd hazırlayır
0 : 00
0 : 00

“İşğaldan azad edilmiş ərazilərə daxil olduqca görürük ki, minalarla çirklənmənin miqyası çox böyükdür. Bu da bizim qarşımızda çox ağır vəzifə qoyur. Ümid edirik ki, əraziləri minalardan təmizləməyə nail olacağıq. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişib. Münaqişə artıq bitib. Biz minalardan, sursatlardan təmizlənmiş regiona qədəm qoymaq istəyirik”.

“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

Onun sözlərinə görə, Azərbaycan işğal altında olan torpaqları azad etməklə həmin ərazilər üzərində nəzarətə sahib olub: “Azərbaycan bu istiqamətdə müəyyən təkliflər də daxil olmaqla beynəlxalq hüquq alətlərini dəstəkləmək üçün sənəd üzərində işləyir”.

Son xəbərlər

Orphus sistemi