Azərbaycan Laçın dəhlizinə alternativ yeni yolun inşasını başa çatdırmaq üzrədir

Azərbaycan Laçın dəhlizinə alternativ yeni yolun inşasını başa çatdırmaq üzrədir Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir.
Qarabağ
5 Avqust , 2022 08:30
Azərbaycan Laçın dəhlizinə alternativ yeni yolun inşasını başa çatdırmaq üzrədir

Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir.

“Report”un məlumatına görə, bunu Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi