Azərbaycan əsgəri Azıx mağarasında

Azərbaycan əsgəri Azıx mağarasında Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.
Qarabağ
19 Noyabr , 2020 09:40
Azərbaycan əsgəri Azıx mağarasında
0 : 00
0 : 00

Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.

Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi