Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək

Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək Monitorinqi Azərbaycan tərəfindən Gennadi Petrika və Saymon Tiller keçirəcəklər
Qarabağ
11 Oktyabr , 2017 12:29
Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək
Mod.gov.az

Bakı. 11 oktyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi