MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var

MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var Azərbaycan Müdafiə Nazirliyindən bildirilib:
Qarabağ
14 Oktyabr , 2021 23:34
MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var
0 : 00
0 : 00

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olub. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi