Azad olunan ərazilərdə daha 37 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 37 mina aşkarlanıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Qarabağ
29 Noyabr , 2021 10:42
Azad olunan ərazilərdə daha 37 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, noyabrın 22-dən 27-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 36 mina və 14 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 50 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi