Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
Qarabağ
508
2 Avqust , 2021 16:40
Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 6 767 619 m² (677 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Noyabrın 10-dan iyulun 31-dək isə piyada əleyhinə 8951, tank əleyhinə 4022 mina və 10 026 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 39 418 246 m² (3942 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi