MN: Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər icra olunur

MN: Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər icra olunur Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür. Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış mən
Qarabağ
24 dekabr 2020 13:57
MN: Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər icra olunur

Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə, partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi