Azad edilmiş ərazilərdə bir neçə infrastruktur və torpaq sahələrinin minalardan təmizlənməsi işləri başa çatıb

Azad edilmiş ərazilərdə bir neçə infrastruktur və torpaq sahələrinin minalardan təmizlənməsi işləri başa çatıb Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib
Qarabağ
19 Aprel , 2021 12:09
Azad edilmiş ərazilərdə bir neçə infrastruktur və torpaq sahələrinin minalardan təmizlənməsi işləri başa çatıb
0 : 00
0 : 00

Aidiyyəti qurumlar tərəfindən qarşıya qoyulmuş plana əsasən bir neçə infrastruktur, nəqliyyat, həmçinin torpaq sahələrinin minalardan təmizlənməsi işləri başa çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.

Qeyd edilib ki, minatəmizləmə fəaliyyətinin səmərəli şəkildə davam etdirilməsi məqsədilə bu sahədə birgə humanitar minatəmizləmə standardlarını əsas tutaraq qurumlararası təlimlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, eləcə də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi