Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, erməni silahlı bölmələri dünən və ötən gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.