Avstraliya Azərbaycan və Ermənistanı sərhədlərin delimitasiyasına çağırıb

Avstraliya Azərbaycan və Ermənistanı sərhədlərin delimitasiyasına çağırıb Avstraliya hökuməti Azərbaycan ilə Ermənistanı sərhədlərini dəqiqliklə, beynəlxalq birliyin dəstəyinə arxalanmaqla delimitasiyasını və demarkasiyasını keçirməyə çağırır.
Qarabağ
3 Dekabr , 2021 14:37
Avstraliya Azərbaycan və Ermənistanı sərhədlərin delimitasiyasına çağırıb

"Avstraliya hökuməti Azərbaycan ilə Ermənistanı beynəlxalq birliyin dəstəyinə arxalanmaqla sərhədlərin delimitasiyasını və demarkasiyasını həyata keçirməyə çağırır".

“Report” xəbər verir ki, bunu ölkənin Vyana səfirliyinin ikinci katibi Rut Konstantin (Ruth Myrine Constantine) ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmdakı iclasında bildirib.

Avstraliyalı diplomat tərəflərin əraziləri minalardan təmizləmək kimi etimadı artıran, xalqlar arasında barışığı, regionda rifahı gücləndirən addımlar atmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi