Bakı. 9 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqları intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb: "Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişənin beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmaq lazımdır".
Ali nümayəndə bildirib ki, Aİ ATƏT-in Minsk qrupunun səylərini və etimadın yaradılması üzrə tədbirlərini dəstəkləyir.